send link to app

Tütündən imtina et


4.2 ( 6432 ratings )
Medical
Desenvolvedor: Farid Hagverdiyev
Darmowy

Siqareti tərgitmək üçün əsl vaxtdır və bu mobil applikasiya sizə bu işdə kömək edəcək.
Applikasiyanı ilk dəfə işə salanda, siz gündə çəkilən siqaretlərin orta sayını, onların qiymətini, həmçinin tütünçəkmədən imtina etdiyiniz tarixi daxil etməlisiniz.
Bundan sonra, proqram sizin tütünçəkmədən imtina müddətinizi, çəkmədiyiniz siqaretlərin sayını, qənaət etdiyiniz vaxtızı və pulunuzu göstərəcəkdir.
Həm də bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar mövcuddur.
Tütünçəkmədən imtina cəhdində sizə uğur arzulayırıq!
"Tütündən imtina" mobil applikasiyasını 2018-ci ildə, ölkənin mövcud tütünlə mübarizə qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə yaradıldı.
Məqsəd, müasir texnologiyalardan istifadə edərək tütün epidemiyası ilə əlaqəli sağlamlıq riskləri barədə biliklərin artırılması və tütün çəkənlərin bu zərərli vərdişdən imtina etməsi, sağlam həyat tərzinin təşviq edilməsi yolu ilə Azərbaycanda qeyri-infeksion xəstəliklərin azaldılmasına kömək etməkdir.